Şəhid uşaqlarının həyatı təhlükədə:Məhkəmə yanlış qərar çıxarıb.

Oxunma sayı: 254
9-01-2022, 20:52

Şəhid uşaqlarının həyatı təhlükədə:Məhkəmə yanlış qərar çıxarıb.
“Ailənin uzunömürlülüyünün sirri xoş günlərə birgə sevinib, çətinliklərdə bir-birinizə arxalanaraq həyati məsələlərdə birgə qərar verməyi bacarmaqdır”

Redaksiyamıza ünvanlanan məktubda şəhid övladlarının məhkəmə qərarı ilə məsələyə düzgün hüquqi qiymət verilmədən,lazımi sübutlar diqqətlə araşdırılmadan iddiaçıya verilməsi barədədir.
Şikayət məktubunda qeyd edilir ki,2-ci Qarabağ Müharibəsində Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olmuş Şükürov Azər Cahid oğlunun iki azyaşlı övladı var.Birinin 5,digərinin 6 yaşı var.Hər ikisi oğlan uşağıdır.Və bu uşaqlara uzun müddətdir ki,nənəsi və babası (Şükürova Fatı Pənah qızı,Şükürov Cahid Yanvar oğlu)baxır.
Ailənin dağılması Şükürov Azərin şəhid olmasından sonra başlayıb.Belə ki,şəhidin həyat yoldaşı Xanım Sədəfquliyeva bir müddət sonra ailəni və uşaqları tərk edib.Məhkəmə qərarında yazılanlara görə şəhidin həyat yoldaşı əxlaqsızlıqla məşğul olub və övladlarından xəbəri olmayıb.Lakin buna baxmayaraq o,öz övladlarını məhkəmə qərarı ilə nənə və babasından almaq qfikrinə düşüb.
Onu da qeyd etmək lazımdır ki,ailəyə yaxın adamların dediyinə görə uşaqlar özlərini xoşbəxt hiss edir.Nənə və baba öz şəhid övladlarının qoxusunu bu şirin balalardan alır.
Uşaqların tərbiyyəsi və təhsiliylə ciddi məşğul olurlar.Yeri gəlmişkən,onu da qeyd etmək lazımdır ki,uşaqlar seçimini edib.Onlar nənə-babalarının yanında qalmaq istəyir və analarını qəbul etmək istəmirlər.
Bütün bunlara baxmayaraq Beyləqan rayon Məhkəməsi haqsız olaraq qərar çıxarıb.Uşaqları əxlaqsızlıqla məşğul olan,şəhid adına ləkə gətirən hərəkətlərlə sosial şəbəkə fenomeninə verməyə üstünlük verib.
Qqeyd etdiyimiz kimi,məhkəmə faktları dəqiq araşdırmalı ,mövcud duruma düzgün qiymət verməli və ən azından milli dəyərlərimiz və əxlaq baxımından ədalətli qərar çıxarmalı idi.
Təbii ki,şikayətçi Cahid və Fatı Şükürovalar Apellyasiya şikayəti verib.
Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Mayılov Samir İlham oğlu ,Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlunun iştirakı ilə Beyləqan rayon Məhkəməsinin 2(020)692/2021 saylı 25.06.2021-ci il qərarını qüvvədə saxlayıb.
Daha bir məqam bundan ibarətdir ki, Məhkəmənin qərarına əsasən qəyyumluq və himayəlik orqanları şəhid ailəsininə baş çəkim uşaqlaın vəziyyəti ilə maraqlanmalı olduğu halda,heç kim ailə ilə maraqlanmayıb.Uşaqların yeməyi,içməyi,geyimi və dərs vəsaitləri nənə və babanın təqaüdləri hesabına ödənilib.
İddiaçı Şükürovlar ailəsi uşaqların tərbiyyəsiz,əxlaqsız və şəhid ruhuna hörmətsizlik edən bir xanıma verilməsinə qəti etiraz edirlər.
Onu da qeyd etmək lazımdır ki,redaksiyamıza adı çəkilən əxlaqsız qadın haqqında müxtəlif fotolar və sosial şəbəkə yazışmaları təqdim olunub.Etik qaydalara riayət edərək bu faktları səhifədə görüntüləmək istəmədik.
Redaksiyamız vasitəsilə şəhid anası,şəhid atası olaraq Məhkəmə Hüquq Şurasəına və Dövlət başçısı cənab Ali Baş Komandana,Mehriban Xanım Əliyevaya müraciət edərək növbəti Ali Məhkəmənin işə düzgün baxılmasına və ədalətli qərar verilməsini xahiş edir.Əks halda şəhid uşaqlarının həyatı təhlükədədir.

Şəhid uşaqlarının həyatı təhlükədə:Məhkəmə yanlış qərar çıxarıb.Şəhid uşaqlarının həyatı təhlükədə:Məhkəmə yanlış qərar çıxarıb.
Şəhid uşaqlarının həyatı təhlükədə:Məhkəmə yanlış qərar çıxarıb.
Şəhid uşaqlarının həyatı təhlükədə:Məhkəmə yanlış qərar çıxarıb.
Şəhid uşaqlarının həyatı təhlükədə:Məhkəmə yanlış qərar çıxarıb.

Paylaş
Xəbər lentİ