Amnistiya Aktı 3400-dən çox məhkuma tətbiq olunub

Oxunma sayı: 194
22-01-2022, 01:40

Amnistiya Aktı 3400-dən çox məhkuma tətbiq olunub
Amnistiya Aktının təsiri altına düşən məhkumlardan 3411 nəfərinə və ya 60%-nə Amnistiya Aktı tətbiq edilib.

Arasdırma.info “report”a istinadla xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.

Bildirilib ki, onlardan 2704 məhkum azad olunmuş, 707 məhkumun cəza müddəti azaldılıb.

Paylaş
Xəbər lentİ