Tanınmış şairin 15 yaşlı oğlu dənizdə batıb

Oxunma sayı: 537
1-08-2020, 11:45

Tanınmış şairin 15 yaşlı oğlu dənizdə batıb
Dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir.

Arasdırma.info xəbər verir ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur. Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat yayıb:

"Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı".

Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.//Axsam.az

Paylaş
Xəbər lentİ