Arasdirma.info

Çimərliyə getmək istəyənlərin nəzərinə: Bu sayta daxil olun, qeydiyyatdan keçin

3-08-2020, 06:57

Çimərliyə getmək istəyənlərin nəzərinə: Bu sayta daxil olun, qeydiyyatdan keçin
Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacaq.

Arasdırma.info xəbır verir ki məlumata görə, onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytı hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcək.

Saytda Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub.

Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq.

Qeyd: “Cimerlik.az” domeni Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadovun adına rəsmiləşdirilib.//pravda

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN