"Uşaq bağçalarında ərzağa qənaət etdik, elmi tədbirlər keçirmədik, 20 milyon büdcədə qaldı"

Oxunma sayı: 550
5-08-2020, 05:43

"Uşaq bağçalarında ərzağa qənaət etdik, elmi tədbirlər keçirmədik, 20 milyon büdcədə qaldı"
Maliyyə naziri Samir Şərifov deyib ki, pandemiyaya görə bəzi xərclərə qənaət edilib.
"Uşaq bağçalarında ərzağa qənaət etdik, elmi tədbirlər keçirmədik, 20 milyon büdcədə qaldı"
Çərşənbə günü parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib ki, pandemiyaya görə bəzi xərclərə qənaət edilib: "Məktəbəqədər təhsil müəssisələri pandemiyaya görə dayandırılıb. Onların ərzaq və kommunal xərcləri hesabına xeyli qənaət edilib".

Bu ilin büdcə xərclərinə yenidən baxılacaq.

Samir Şərifov deyib ki, ölkədaxili beynəlxaq elmi tədbirlərin təxirə salınmasıı üzrə 20 milyon manata qənaət edilib.

Amma nazir əlavə edib ki, büdcəyə yeni dəyişiklikdə koronavirus pandemiyasına görə səhiyyə xərcləri "rekord səviyyədə" artılacaq.

Samir Şərifov deyib ki, pandemiya ilə bağlı əvvəlki iqtisadi paketdə nəzərdə tutulan dəstəyə müəyyən dəyişikliklər edilə bilər. Onun sözlərinə görə, bilavasitə zərərçəkmiş sahələrə yenidən baxılacaq.//BBC

Paylaş
Xəbər lentİ