İki gün ərzində 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Oxunma sayı: 639
7-08-2020, 22:50

İki gün ərzində 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının ərazilərində ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur.

Arasdırma.info xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, məhdudiyyət avqustun 10-u saat 06:00-dək davam edəcək.

Xatırladaq ki, qeyd olunan şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 06:00-dək davam edəcək.

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.//Cahantv.az

Paylaş
Xəbər lentİ