Bakının bu ərazisində hər gün yüzlərlə sürücü cərimələnir

Oxunma sayı: 495
11-08-2020, 04:53

Bakının bu ərazisində hər gün yüzlərlə sürücü cərimələnir
Bakı şəhərində elə küçələr var ki,sürücülər orada daimi qaydanı pozmalı olur.
Təsəvvür edin bir gün həmişə gedib-gəldiyiniz, hər gün istifadə etdiyiniz yoldan keçirsiz və polis əməkdaşları sizi saxlayıb cərimələyir.
Ceyhun Səlimov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində (Papanin körpüsünün altında) gündə yüzlərlə sürücü bu ərazidə cərimələnir. Arasdırma.info xəbər verir ki,buna səbəb uzun müddətdir ki, yolda düzünə və sola hərəkət istiqaməti bildirən nişanın yenilənərək yalnız düzünə hərəkət nişanı ilə əvəzlənməsidir. Bu zaman isə sürücü döngəyə daxil olarkən, bu nişanı görür. O zaman artıq iş-işdən keçir.Bir səbəb də odur ki,sola yəni, Dərnəgül istiqamətinə dönmək üçün ,gərək gedib Hərbi Hospitalın aşağı girişinin yanından dönüb geri qayıdasan.Bu da,ən azı 3-4 dəqiqə vaxt aparır.
DYP əməkdaşları qarşıda kiçik bir post təşkil edərək, bu istiqamətdə hərəkət edən bütün sürücüləri saxlayaraq 3 bal və 100 manat məbləğində cərimə yazır.Burada sürücülərin əksəriyyətinin nişana baxmaması və yaxud diqqətsizliyidir.Hər halda,gecədən səhərə kimi nişan dəyilərsə də,sürücü hər zaman diqqətli olmalıdır.Dünyanın hər yerində sürücülük kurslarında avtomobili idarə edərkən,yol nişanlarına diqqətli olmağı öyrədirlər.Belə çıxır ki,bizdə avtomobil idarə etmək üçün aldığı vəsiqəni oxumadan alıb.
Əlavə qeyd etmək lazımdır ki,son zamanlar pandemiya insanların psixologiyasına təsir etdiyindən,yollarda sürücülərin həddən artıq qayda pozduğu nəzərə çarpır.

Paylaş
Xəbər lentİ