Arasdirma.info

Ədalət Əliyevin xanımının it salonunda ölüm hadisəsi baş verib

15-08-2020, 09:35

Ədalət Əliyevin xanımının it salonunda ölüm hadisəsi baş verib
Bir neçə gün öncə "Doggie Countre by Nelya" adlı it mərkəzində xoşagəlməz hadisə baş verib.

Arasdırma.info xəbər verir ki, Aydan adlı xanımın iddiasına görə, "Gucci" ləqəbli itini sözügedən mərkəzdə öldürüblər.

Belə ki, o itini xüsusi baxım üçün həmin mərkəzə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla əlaqə saxlayacaqlar və xanım gəlib itini apara bilər. Ancaq aradan 2 saatdan çox vaxt keçsə də, salondan Aydan xanıma zəng edən olmayıb. Xanım "Doggie Countre by Nelya" mərkəzinə gələndə isə itinin öldüyünü görüb.

Daha sonra videolara baxan zaman məlum olub ki, itin səhhətində problem yaranıb və işçilər iti 40 dəqiqə soyuq suda saxlayıblar. Baytar belə çağırmayıblar. Nəticədə sahibəsi gələnə kimi it ölüb.

İtin sahibəsi Aydan xanım sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, məsələni belə qoymayacaq, məhkəməyə müraciət edəcək.
Ədalət Əliyevin xanımının it salonunda ölüm hadisəsi baş verib
Hadisə ilə bağlı mərkəzin sahibəsi Nailə Əliyeva da video vasitəsi ilə baş verən hadisə barədə fikirlərini söyləyib, həmçinin baş verən hadisədən üzüldüyünü bildirib.

Qeyd edək ki, N.Əliyeva “Lider” TV-nin rəhbəri Ədalət Vəliyevin həyat yoldaşıdır.Dominant.az

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN