Bakıda pandemiya dövründə gizli sexlər fəaliyyət göstərir

Oxunma sayı: 614
16-08-2020, 09:37

Bakıda pandemiya dövründə gizli sexlər fəaliyyət göstərir
Bakıda kifayət qədər gizli sexlər fəaliyyət göstərir.Bu barədə Arasdırma.infoya sakinlər müraciət edib.Sakinlər əsasən evdə səs küydən və zirzəmilərdə baş verənlərdən narahatdırlar.
Deyilənə görə binaların zirzəmilərində qapını arxadan bağlayaraq fəaliyyət göstərən gizli sexlərdə müxtəlif məhsullar hazırlanır.Eləcə də dərzi sexlərində müxtəlif geyim əşyaları tikilir.Araşdırma zamanı bir neçə adı çəkilən sexlərə getsək də qapını açan olmadı.Sakinlərin sözlərinə görə bu sexlər yalnız zənglə qapını açır.Malları isə gecələr çıxarırlar.Bu kimi sahibkarlardan biri də uniformalar tikib satmaqla tanınan İmran adlı işbazdır.Onun bir neçə gizli sexi fəaliyyət göstərir.Yasamal rayonu ərazisində zirzəmilərdə ən azı 10-15 işçi çalışlr.Güman edirik ki,işçilər də qeyri qanuni işləyir və heç bir əmək müqaviləsi yoxdur.Bundan başqa vergidən yayınma da istisna deyil.Onların aylıq dövriyyəsi on minlərlə ölçülür.Bununla bağlı aidiyyatı qurumlara müraciət hazırlanıb,üÜmid edirik ki,saxta mallar istehsal edən işbazlar qanun pozuntularına görə cavab verəcəklər.Sahibkarlarla əlaqə yaratmaq cəhdimiz baş tutmadı.Telefona cavab verən İmran müəllim isə qeyd etdi ki,"Biz çoxdandır işləmirik".
Lakin sexlərin fəaliyyətini hər gün sakinlər görür.
Xatırladırıq ki,qanun pozuntusuna yol verəm şəxslər və sahibkarlar polislər tərəfindən dəfələrlə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.
Qeyd edək ki. sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ