Unibank vətəndaşları niyə incidir.

Oxunma sayı: 485
18-08-2020, 15:29

Unibank vətəndaşları niyə incidir.
Unibankın Yasamal filialında vətəndaşlar incidilir.
Arasdırma.info xəbər verir ki,vətəndaşlar müştərilərə xidmətdən narazıdır.Xidmət zamanı müştərilər saatlarla gözləməli olurlar.Redaksiyamızın əməkdaşı Natiq Ələkbərov həmin ünvana gedərək məsələni araşdırıb.Əvvəlcə qapıda dayanan mühafizəçi ona bir kağız parçası verib və gözləməyi göstəriş verib. Günün altında ayaqüstə 1.5 saatdan artıq dayandıqdan sonra əməkdaşımız haqlı narazılıqların olduğunu özü şahidi olub.İçəriyə keçərək müdriyyətlə danışmaq istəsə də mühafizəçi onu içəri buraxmayıb.Əməkdaşımızın sözlərinə görə,əməliyyatlar çox ləng aparılır.İşçilər vətəndaşlarla soyuq rəftar edir.Adi bir məlumat almaq üçün saatlarla gözləmək ,özü də günün altında pandemiya vaxtı...Xatırladırıq ki, Yasamal rayonunun əhalisi 250 mindən artıqdır..Bizim fikrimizlə,böyük bir rayona aid olan bank filialında cəmi 3 və ya 4 masa işləyir.Halbu ki,burada ən azı 10-12 masa müştəriyə xidmət göstərməlidir.
Plastik kartlara gəlincə isə,burada müəmmalar var.Pul göndərəndən də,pul alandan da 1 faiz tutulur.Səbəbini izah edən yoxdur.
Məsələni baş ofisin qarşısında qaldırmağı planlaşdırırıq.Hazırda Unubankın bu filialı ilə işləməyi heç məsləhət görmürük.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
Unibank vətəndaşları niyə incidir.

Paylaş
Xəbər lentİ