Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi

Oxunma sayı: 541
28-08-2020, 13:44

Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Arasdırma.info Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Vəli Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Paylaş
Xəbər lentİ