Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs istədi

Oxunma sayı: 549
1-09-2020, 15:50

Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs istədi
Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Arasdırma.info xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

O, Tofiq Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, avtomobil qəzası zamanı Tofiq Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etməyib.//publika.az

Paylaş
Xəbər lentİ