BNA deputatı böyük məbləğdə cərimələyib

Oxunma sayı: 313
10-09-2020, 23:12

BNA deputatı böyük məbləğdə cərimələyib
Bakı Nəqliyyat Agentliyinin (BNA) işçiləri hərəsi alıb əlinə bir fotoaparatı maşını saxlayan kimi şəkilin çəkib qaçırlar.

Arasdırma.infonun məlumatına görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R.Quliyev bildirib ki, BNA əməkdaşları heç bir gəlib izah etmir ki, ay vətəndaş sən burada düzgün saxlamamısan: “Elə heç nə izah etməmiş gəlib maşının şəkilin çəkib qaçırlar. Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdi”.

R.Quliyev bildirib ki, BNA cərimələrdən yığılan pulun hesabatın verməlidir: “Gündə 5 min adama 20 manatdan cərimə yazanda bu xeyli sayda vəsait edir. Ancaq hesabat verilmir ki, bu qədər pul hara xərclənir, nəyə sərf olunur. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyindən bura bir nümayəndə dəvət edək, bir cavab versin görək bu pullar hara xərclənir”.

Paylaş
Xəbər lentİ