Retro maşınlarda Balaxanı küçələrində: qəsəbə bir anlığa retro filmdən bir kadra çevrilib

Oxunma sayı: 370
18-09-2020, 04:54

Retro maşınlarda Balaxanı küçələrində: qəsəbə bir anlığa retro filmdən bir kadra çevrilib
Yenicə bərpa edilmiş Balaxanı qəsəbəsi ötən gün açıq səma altında retro maşın sərgisinə çevrilib. Müxtəlif əlvan rənglərə boyanmış avtomobillər qədim qəsəbəni əsl bayram ab-havasına qərq edib.

Sputnik Azərbaycan-ın çəkiliş qrupu bu fürsəti əldən verməməyə və retro avtomobilləri öz gözü ilə görməyə qərar verib. Onlarla qədim maşından ibarət karvan Ağ Şəhərdən başlayaraq Balaxanıya qədər çatıb.

Adətən bu cür sərgi və yürüşləri biz şəhərin mərkəzində görməyə vərdiş etmişik. Azərbaycan Retro Avtomobil Klubunun banisi Roman Rodin isə klub üzvlərinin bu dəfə yürüşü Balaxanıda təşkil etməyə qərar verdiklərini açıqlayıb.

“Özümüzün bərpa etdiyimiz maşınlarla bu yaxınlarda yenilənən Balaxanı qəsəbəsinə gəlməyə və sovet vaxtından mükəmməl vəziyyətdə saxlanılan maşınları sakinlərə göstərməyə qərar verdik”, - deyə Rodin bizimlə bölüşüb.
Beləliklə, onlar qəsəbəni bir anlığa əfsanəvi “dəmir atlar”ın açıq səma altında sərgisinə çevirməyə müvəffəq olublar.

Paylaş
Xəbər lentİ