Şəhidimiz Türkiyəni YASA BOĞDU

Oxunma sayı: 382
25-10-2020, 18:06

Şəhidimiz Türkiyəni YASA BOĞDU
Şanlı Ordumuzun Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azadetmə uğrunda apardığı döyüşlərdə Məhəmmədağa Səfərovun şəhid olması Türkiyəni yasa boğub.

Arasdırma.info Publika.aza istinadən xəbər verir ki, Balıkesir Universiteti Mühəndislik Fakültəsinin tələbəsi olan M.Səfərov 2019-cu ildə təhsilini donduraraq hərbi xidmət borcunu yerinə yetirmək üçün Vətənə qayıdıb.

Universitetinin rektoru İlter Kuş sosial media hesabından Ermənistanı qınayaraq Səfərova Allahdan rəhmət dilyib: “Mühəndislik Fakültəsi tələbəmiz Məhəmmədağa Səfərov öz istəyi ilə təhsilini donduraraq torpaqlarının müdafiəsi üçün Azərbaycana qayıtmışdı. Vətəni üçün şəhid olub. Azərbaycanlı tələbəmizə Allahdan rəhmət diləyirəm. Ruhu şad, məkanı cənnət olsun. Başımız sağ olsun. Terror dövləti Ermənistanı şiddətl lənətləyirəm. Yanındayıq, Can Azərbaycan!”

Paylaş
Xəbər lentİ