Ermənilər qəbirlərdən öz ölülərini də çıxarıb aparırlar-VİDEO

19.11.2020 05:52 15
Mətn ölçüsü:
  • 100%
Ermənilər qəbirlərdən öz ölülərini də çıxarıb aparırlar-VİDEO
Hər zaman çirkin əməlləri ilə seçilən işğalçı ermənilər indi də doğma yurdumuz Kəlbəcəri tərk edərkən qəbirlərə qədər qazıb, doğmalarının cəsədlərini çıxararaq, özləri ilə aparırlar.

Üstəlik utanmadan belə bir ifadə də işlədirlər:

"Əgər biz bilsək ki, bu məzarlar olduğu kimi qalacaq, heç özümüzlə aparmarıq"

Bir millətin xisləti bundan artıq alçaq ola bilməz!

Azərbaycanın gözü Qarabağımızda məzarlarımızı dağıdan, bir dənə də olsun salamat məzar daşı qoymayan bir millətin bu gün belə bir ifadə işlətməsi yalnız və yanız axmaqlığın göstəricisidir

Azərbaycan tolerant dövlətdir və Bakının mərkəzindəki erməni kilsəsinin qorunması bun əyani sübutudur!

Bu məhz bir dövlətin əvvəlcə özünə, daha sonra isə digər ölkələrin mədəniyyətinə hörmətinin təzahürüdür.

Biz erməni kimi əsir götürdüklərimizi təcavüzə məruz qoymuruq!

Biz erməni kimi hamilə qadınların bətnindəki körpəni diri-diri çıxarıb, doğramırıq!

Biz erməni kimi başqa dövlətin tarixi və mədəni abidələrini darmadağın edib, ata-baba qəbirlərini dağıtmırıq!

Biz erməni kimi bu iyrənc və misligörülməmiş vəhşilikləri törətmirik!

Biz yalnız öz canını düşünüb,öz doğma övladını tərk edib gedən erməni körpəsinə sahib çıxırıq!

Biz yaşlı ata və anasını evdəcə qoyub qaçan erməni ahılına sahib çıxırıq!

Biz döyülə-döyülə zorla özlərinə məxsus olmayan torpaqları "qorumaq" üçün hərbi xidmətə yola salınan və şəraitsizlikdən xəstə olan erməni əsgərini müalicə etdirən xalqıq!

Sadalamaqla bitməyən zorakı ölkənin təcavüzkar insanları düşünməlidir ki, hər zaman humanistliyi ilə seçilən Azərbaycan xalqı sizin kimi gözü qana susamayıb.

Biz sizin kimi gözü başqasının torpağında olan millət deyilik!

Biz yalnız öz ata-baba torpaqarımızı istədik və geri də qaytardıq!

Təbii ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun əsgər və zabitlərinin qanı bahasına!//big.az



Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00