“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ

Oxunma sayı: 386
2-12-2020, 22:59

“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ
İkinci Qarabağ savaşında qəhrəmanlıqları ilə seçilən döyüşçülərimizə xalq arasında xüsusi rəğbətin yaranması və onların cəmiyyətdə populyarlaşması bəzi iş adamlarının bir az da varlanmaq istəyini artırıb.
Belə ki, bu günlərdə sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal Şahkərimovun şəkli vurulan “Topçu” arağının fotoları yayılıb.

Bu addımın cəmiyyətdə böyük etiraza səbəb olması arağın istehsalı ilə məşğul olan “Azgranata” MMC-nin sonradan öz məhsulunu mağazalardan gerı çağırması ilə nəticələndi.

Şirkət adıçəkilən addımını Vüsal Şahkərimovun atasının razılığı ilə atdığını desə də cəmiyyətin buna reaksiyası dəyişmədi.

Bu arada Gununsesi.info topçumuzun adı ilə pul qazanmaq istəyən iş adamının kimliyini öyrənib.

Məlum olub ki, “Azgranata” Şirkətinin İdarə Heyətinin sədri Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

“Mirzəyev və partnyorları” Vəkil Bürosunun rəhbəri olan Şaiq Mirzəyev Vəkillər Kollegiyasının sədri Anar Bağırovun yaxn adamlarından biri kimi tanınır. gununsesi.info

“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ

Paylaş
Xəbər lentİ