Sədərək və Binə Ticarət mərkəzi gizli fəaliyyət göstərir?Araşdırma

Oxunma sayı: 301
24-01-2021, 04:38

Sədərək və Binə Ticarət mərkəzi gizli fəaliyyət göstərir?Araşdırma
Karantinlə əlaqədar böyük Ticarət Mərkəzlərinin fəaliyyətinin dayandırılması sahibkarlar külli miqdarda ziyan vurub.
Arasdırma.info bu barədə Ticarət Mərkəzlərində çalışan bir qrub sahibkarların fikrini öyrənib.
Operativ Qərargahın keçirdiyi son brifinqdə 25 yanvardan yumşalma olacağı və bəzi müəssisələrin işləyə biləcəyi barədə qərar verildiyi qeyd olundu.Lakin iri ticarət mərkəzləri,eləcə də Binə və Sədərək Ticarət Mərkəzlərinin fəaliyyəti barədə yenilik olmadı.Sahibkarlar müflis olduqları barədə fikirlər söylədilər.
Əməkdaşımızın müşahidəsinə görə,hər iki ticarət mərkəzində fəaliyyət var.Lakin,onlayn satış olmaqla 20-30 faiz mağazalar işləyir.Sahibkarlardan birinin dediyinə görə hərgün işə gəlib gedir,çörək pulu qazanmaq üçün az da olsa satış edir.
Digər satıcı isə"Ailə saxlayıram,190 manatı da almamışam.Alver eləməsəm nə ilə dolanacam.Heç olmasa gəlib 20-30 manatlıq bir şey satıb dolanırıq.Harda qırıla,qırıla"
Binə Ticarət Mərkəzindən bildirdilər ki,yalnız onlayn satış həyata keçirilir.Lakin hər sırada 10-15 mağaza fəaliyyət göstərirdi.
Ümumən belə qənaətə gəlmək olar ki,adı çəkilən ticarət mərkəzləri qismən də olsa fəaliyyət göstərir.Əhalinin ehtiyacını ödəmək üçün lazım olan malların satışı mövcuddur.

Paylaş
Xəbər lentİ