Bir qrup Göyçay sakini azərbaycanlı milyarderdən DİN-ə şikayət edib - İşçilərin əmək haqqlarını vermir...

Oxunma sayı: 278
7-04-2021, 21:15

Bir qrup Göyçay sakini azərbaycanlı milyarderdən DİN-ə şikayət edib - İşçilərin əmək haqqlarını vermir...
0 yaxın Göyçay sakini azərbaycanlı məşhur iş adamı, milyarder, Rusiyanın sabiq senatoru Fərhad Əhmədovdan Daxili İşlər Nazirliyinə şikayət edib.

Arasdırma.info xəbər verir ki, bu barədə şikayətçilərdən biri Nəriman Qarayev “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

“Rusiya vətəndaşı, işadamı Fərhad Əhmədovun onlarla insana qarşı sərgilədiyi əməldən DİN-ə şikayətlə əlaqədar bu gün DİN-də izahat verdim. İzahatımı alan polis nəfəri heyrətlər içərisində məni dinləyirdi.

Fərhad Əhmədovun özbaşınalıqları yazmaqla bitməz. Dəyərləri olmayan adamdan hər cür pislik gözıəmək olar. Amma bu pislik gec-tez tərəfimizdən aparılan mübarizə nəticəsində ədalətli həllini tapacaq!!!

Nəzərinizə çatdırmaq istəyirəm ki, Fərhad Əhmədov onlarla insanı malikanələrində təmir-tikinti işlərində işlədib 2 ildir pullarını vermir. Bu adam işçi haqqı qəsb edəndir”.//pia.az

Paylaş
Xəbər lentİ