Sevgilinizdən ayrılanda bunları etməyin – 5 MƏSLƏHƏT

Oxunma sayı: 244
29-07-2021, 07:08

Sevgilinizdən ayrılanda bunları etməyin – 5 MƏSLƏHƏT
Ayrılma prosesini idarə etmək heç də asan deyil. Psixoloqlar ilk 3 ayda bu durumu qəbul etməyin çətin olduğunu qeyd edir. Bununla bərabər, aşağıda qeyd olunanları etməməyi də məsləhət görürlər.

Arasdırma.info ayrıldıqdan sonra tərəflərin etməməli olduğu əsas 5 məqamı təqdim edir:

Böyük qərarlar verməyə tələsməyin



Ayrılığın təsirindən məntiq insan üçün “əlçatmaz” ola bilər. Depressiyanın təsiri və məntiqsiz zamanda yanlış qərarlar qaçılmazdır. Buna görə ayrılıqdan sonra böyük qərarlar verməkdən uzaq olun. Yeni münasibətə başlamaq, yaşadığı ölkəni, iş yeri dəyişmək və.s bu kimi qərarların sonu peşmançılıqla nəticələnə bilər.

Keçmiş sevgilinizi təqib etməyin



Keçmiş sevgilinizi sosial şəbəkələrdən təqib etməklə ancaq özünüzə əzab vermiş olacaqsınız. Zehni vəziyyətinizi idarə etmək sizin əlinizdədir. Yaşanılanları unutmaq üçün bir müddət dostlarınızla zaman keçirə, istirahətə vaxt ayıra bilərsiniz.

Onu sizə xatırladan hər şeyi yox edin



Münasibətinizi xatırladan əşyalar sizə pis təsir göstərəcək. Buna görə onu sizə xatırladan əşyaları, şəkilləri ətrafınızdan uzaqlaşdırın.

Sağlam qidalanmaya diqqət edin



Artıq çəkilərin çoxu məhz depressiya zamanı “qazanılır”. Ayrıldıqdan sonra qidanıza diqqət edərək, bədən çəkinizi qoruya bilərsiniz.

Pis vərdişlərdən uzaq olun



Adətən ayrıldıqdan sonra pis vərdişlərə meyillilik yaranır Emosional vəziyyəti nəzarətdə saxlamaq, spirtli içkilərdən və digər vərdişlərdən uzaq olmaqla, sağlamlığınızı qorumuş olacaqsınız. //lent.az

Paylaş
Xəbər lentİ