OBA marketlərdə vaxtı keçmiş məhsullar satılır.

Oxunma sayı: 244
17-09-2021, 23:15

OBA marketlərdə vaxtı keçmiş məhsullar satılır.
Bildiyiniz kimi OBA Marketlər şəbəkəsi Veysəloğlu şirkətinə məxsusdur.Veysəloğlu şirkəti haqqında kifayət qədər mətbuatda məlumatlar verilib.Bu şirkətin respublikanın ən böyük ticarət şəbəkəsi olması,digər iri supermarketlərin satın alınması və inhisarçıya çevrilməsi barədə məlumat verilib.
Söhbət açacağımız marketlərdən OBA marketlər şəbəkəsi kasıb təbəqə arasında ən ucuz market sayılır.
Lakin ,bu marketlərdə satılan mallar arasında istehlak tarixi bitmiş və ya az qalmış məhsullar satılır.Böyük şirkətin digər iri marketlərdən yığılan vaxtı keçmiş məhsullar məhz bu OBA marketlərində satılır.
Arasdırma.info xəbər verir ki,bu barədə müxtəlif insanlar şikayət ediblər.Bu günlərdə adı çəkilən marketlərdən alınmış şokoladların içindən qurd çıxıb,Dünən isə "Moskovskiy provonsal" mayonezi endirimlə 3.30 AZN-ə endirilib.Alnlar isə mayonezin keyfiyyətsiz olduğunu və istehsal və istehlak tarixinin olmamasını qeyd edir.
Bundan əlavə bu marketlərdə yeni dələduzluq qaydaları yeranıb.Belə ki,rəflərdə olan qiymətlərin çoxu kassadakı qiymətlərdən fərqlənir.Qiymət bilərəkdən aşağı yazılır,amma kassada endirim olmur.Bu hallar istehlakçıların hüququnun kobud surətdə pozulması deməkdir.
Ən yaxşısı odur ki,OBA və AL marketlər şəbəkəsindən bacardıqca az istifadə edəsiz.
Qeyd etmək lazımdır ki,anoloji problem AL marketlərdə də baş verir və bu marketlər də,Azərsun Holdinqə məxsusdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
OBA marketlərdə vaxtı keçmiş məhsullar satılır.

Paylaş
Xəbər lentİ