Gürcüstan parlamentində seks skandalı: Qadın deputatın videosu yayıldı

Oxunma sayı: 803
25-07-2019, 06:44

Gürcüstan parlamentində seks skandalı: Qadın deputatın videosu yayıldı
Gürcüstan parlamentinin qadın deputatı Eke Beseliyanın gizli çəkilişlə əldə edilən videogörüntüsünü yayan şəxsin kimliyi bəlli olub.

Arasdırma.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Söhbət bu ilin yanvar ayında Eke Beseliyanın sosial şəbəkədə yayılan viodeogörüntüsündən gedir. Gürcüstan DİN videonun yayılmasından dərhal sonra cinayət işi açmışdı.

İstintaq çərçivəsində bu günədək 19 nəfər saxlanılıb, onlar şəxsi məlumatları ələ keçirmə və yaymada ittiham olunur.

DİN ad verməsə də, videonun Ermənistanda bir Gürcüstan vətəndaşı tərəfindən yayımlandığını açıqlayıb. D.A adlı şəxsin bu videonu Rusiya vətəndaşı M.D-dan aldığı bildirilib. Hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib. Gürcüstan vətəndaşı Ermənistanda həbs olunsa da, rusiyalının harada olduğu məlum deyil.

Əlavə edək ki, qadın deputatın cinsi əlaqədə olarkən görüntüsü Tiflisdəki mehmanxanalardan birində çəkilib.

Paylaş
Xəbər lentİ