Molla namaz üstündə adam bıçaqladı

Oxunma sayı: 507
30-07-2019, 15:13

Molla namaz üstündə adam bıçaqladı
Türkiyənin Sakarya vilayətinin Akyazı rayonunda məscidlərdən birinin imamı namaz qılmaq üstündə vətəndaşı bıçaqlayıb.

Arasdırma.info Metbuat.aza istinadən xəbər verir ki, tərəflər arasında mübahisə yaranıb. Vətəndaşlar onları çətinliklə sakitləşdirsələr də, davanın qarşısını almaq mümkün olmayıb.

Belə ki, vətəndaşlardan biri atasının cəzanə namazını qılmadığı üçün imamı təqhir edib və ona hücum çəkib. Bu zaman məscidin imamı üzərində gəzdirdiyi bıçaqla ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İmam isə saxlanılıb.

Paylaş
Xəbər lentİ