Saytda tanışlıq gənc oğlana 3.5 milyona başa gəldi

Oxunma sayı: 230
4-12-2021, 08:49

Saytda tanışlıq gənc oğlana 3.5 milyona başa gəldi
Niderlandda bir gəncin saytda tanış olduğu 17 yaşlı qız onun başına oyun açıb.

Arasdırma.info xəbər verir ki,Lent.az-ın məlumatına görə Niderland mediası hadisəni belə təsvir edir: “Oğlan Kristinanı dəlicə sevir. Qızın valideynləri də etiraz etmirlər. Yeganə şərt bu olur ki, evlənmək üçün qızın 18 yaşı tamam olmalıdır. Bir neçə həftə sonra oğlan gələcək qayınatası gilə köçüb orda yaşamağa başlayır. Bundan sonra vəziyyət dəyişir. Onlar oğlandan qıza bahalı əşyalar almağı tələb edirlər. Oğlan Kristinaya bahalı saatlar, qızıl külçələri alır, qayınatasının İtaliyadakı evini təmir etdirir və nəhayət müflis olur. Nəhayət 1.7 milyon avro (təxminən 3.5 milyon AZN) getdikdən sonra niderlandlı oğlan vəziyyəti başa düşür”.

Məsələdən xəbər tutan polis qızın ailəsindən 8 nəfəri qandallayır, qızın özünü isə valideynlərindən ayıraraq sığınacağa yerləşdirir. Prokurorluğun qənaətinə görə, valideynlərinin əməlində onun təqsiri yoxdur.

Beləcə, bir “sevgi hekayəsi” də başa çatır.

Paylaş
Xəbər lentİ