Sedat Peker həbs olundu: Ərdoğanın tələbindən sonra... - Krallıq geri addım atdı

Oxunma sayı: 243
6-12-2021, 20:37

Sedat Peker həbs olundu: Ərdoğanın tələbindən sonra... - Krallıq geri addım atdı
Mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin saxlanıldığı iddia edilir.

Arasdırma.info xəbər verir ki, “Əl Cəzirə” nəşri bu barədə yazıb. Türkiyədə “cinayətkar təşkilatın lideri” olduğu üçün həbs qərarı verilən Sedat Pekerin BƏƏ-də saxlanıldığı bildirilib.

Həmçinin nəşr mafiya liderinin Türkiyəyə təhvil verilə biləcəyini açıqlayıb.

Qeyd edək ki, “Youtube” hesabından çəkdiyi videolara ara verən Peker bir müddətdir ki, sosial mediadan aktiv istifadə etmir.

Xəbərin prezident Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirlikləri vəliəhdi, şahzadə Muhammed Bin Zayed Al Nahyanla görüşdən sonra yayılması diqqət çəkir. Bəzi dairələrin iddiasına görə, Sedat Pekerin həbsini Ərdoğan tələb edib.//kanal.az

Paylaş
Xəbər lentİ