Tanınmış vəkili keçmiş nişanlısı öldürdü - Mesajları yayıldı

Oxunma sayı: 219
11-01-2022, 22:57

Tanınmış vəkili keçmiş nişanlısı öldürdü - Mesajları yayıldı
Türkiyənin Tuzla şəhərində restoranlardan birində nahar edən vəkil Dilarə Yıldız keçmiş nişanlısı tərəfindən güllələnərək öldürülüb.

Arasdırma.info Milli.Az-a istinadən xəbər verir ki, qətldə şübhəli bilinən Oktay Dönmez Dilarə Yıldıza göndərdiyi mesajlarda onu öldürməyi planlaşdırdığını yazıb. "Vaxın az qalıb" deyərək qızı təhdid etdiyi görülüb.

Ardınca da, Yıldıza dəfələrlə atəş açıb. Şübhəli polis bölməsinə gedərək təslim olub.

Bəlli olub ki, Yıldız qatilin mesajlarını sosial media hesabından paylaşıbmış.

"Üzr istəyib buradan sənə cavab vermək istəyirəm. Başqa nömrədən yazanda səni tapa bilməyəcəyini düşünürsən. Amma yanılırsan" deyə vəkil qız yazıb.
Tanınmış vəkili keçmiş nişanlısı öldürdü - Mesajları yayıldı

Paylaş
Xəbər lentİ