Bəziləri bu gün "Starıy Novıy qod"u qeyd edir.

Oxunma sayı: 313
13-01-2022, 19:07

Bəziləri bu gün "Starıy Novıy qod"u qeyd edir.
Köhnə Yeni ili qeyd etmək ənənəsi Julian təqvimi (və ya başqa cür "köhnə üslub" təqvimi) ilə Qriqorian təqvimi - demək olar ki, bütün dünyanın yaşadığı təqvim arasındakı uyğunsuzluqdan irəli gəlir. 20-21-ci əsrlərdə təqvimlərin fərqliliyi 13 gündür.
Arasdırma.info xəbər verir ki,bir çox ölkələrdə bu gün yeni ilin köhnə təqvimlə yenidən qeyd edilir.
Azərbaycanda da bu günü qeyd edənlər az deyil.Araşdırma.infonun əməkdaşı bir neçə restoranla əlaqə saxlayıb və bu günü bayram olaraq qeyd edənlərin olub olmayacağını soruşub.Şəhərin tanınmış restoranlarında masaların dolduğu və başqa günlərə nisbətdə müştərilərin çox olduğu bildirilib.
Onu da qeyd edək ki,köhnə Yeni il nadir tarixi hadisədir, xronologiyanın dəyişməsi nəticəsində yaranan əlavə bayramdır. Təqvimlərdəki bu uyğunsuzluğa görə bir sıra ölkələr köhnə və yeni üslublara uyğun olaraq iki “Yeni il” qeyd edirlər. Beləliklə, yanvarın 13-dən 14-nə keçən gecə hər kəs öz sevimli bayramını “başa çatdırmağa” imkanı çatır. Həqiqətən, bir çox iman gətirən pravoslav insanlar üçün Köhnə Yeni il xüsusi əhəmiyyət kəsb edir, çünki onlar bunu yalnız Doğuş orucu bitdikdən sonra ürəkdən qeyd edə bilərlər.

Paylaş
Xəbər lentİ