Uşağı təyyarədə dünyaya gətirdi – FOTO/VİDEO

Oxunma sayı: 213
16-01-2022, 02:28

Uşağı təyyarədə dünyaya gətirdi – FOTO/VİDEO
Qətər-Uqanda təyyarəsində qəribə hadisə baş verib. Belə ki, hamiləliyinin 35-ci həftəsində olan uqandalı qadın uşağı elə hava gəmisində dünyaya gətirmək məcburiyyətində qalıb.

“Haber Global”ın məlumatına görə, təyyarədə torontolu həkim Aişə Xətibin olması həm ana, həm də körpə üçün xilas olub.

Səkkiz aylıq dünyaya gələn körpəyə möcüzəvi hadisəyə və həkimin şərəfinə Mirakl Aişə adı verilib.

Bununla bağlı xatirələrini bölüşən Xətibin sözlərinə görə, uçuşdan bir saat sonra ona müraciət edilib. O yardıma gedəndə qadının yanında daha bir pediatr və tibb bacısının olduğunu görüb. Həkim ginekoloq onların köməyindən istifadə edərək doğuşu qəbul edib.//Cahantv.az

Uşağı təyyarədə dünyaya gətirdi – FOTO/VİDEO

Paylaş
Xəbər lentİ