Almaniyada azərbaycanlı jurnalist həbs edilib: Azərbaycanlı qadınla tanışlıq cəhdi böyük qalmaqala səbəb olub

Oxunma sayı: 574
2-09-2019, 23:01

Almaniyada azərbaycanlı jurnalist həbs edilib: Azərbaycanlı qadınla tanışlıq cəhdi böyük qalmaqala səbəb olub
Bir müddət öncə Azərbaycanı tərk edərək Gürcüstana, oradan da Almaniyaya gedən azərbaycanlı jurnalist Azər Kazımzadə həbs olunub. O, avqustun 20-də Almaniyanın Deggendorf şəhərində qaçqın düşərgəsində azərbaycanlılarla Seneqal və Nigeriyadan olan şəxslər arasındakı davaya görə saxlanılıb.
Arasdırma.info xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquqşünas, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb.

Avqustun 20-də baş vermiş davaya görə bundan öncə dörd nəfər azərbaycanlı həbs olunmuşdu. Hətta onlardan birinin həyat yoldaşı da xəstəxanada olduğundan övladları müvəqqəti saxlamaq üçün alman ailələrə verilib.

Azər Kazımzadə isə sentyabrın 2-də saxlanılıb.

“Azər Kazımzadə vəkilsiz ifadə verməkdən imtina etdiyini bildirib. Mənə polisdən zəng eləmişdilər. Daha sonra Azər özü də mənimlə danışdı. O saxlandığını təsdiqlədi. Hazırda cinayət hüququ üzrə ixtisaslaşan vəkillərlə danışıq aparıram, yaxın saatlarda ona vəkil tapmağa çalışacağam. Azər həmin hadisənin iştirakcısı deyil, orada olsa da, insanları sakitləşdirməyə çalışıb”, – Əlövsət Əliyev bildirib.

Hüquqşünasın sözlərinə görə, azərbaycanlı jurnalist hadisə vaxtı orada olan bir nəfərin ifadəsi əsasında saxlanılıb.

Hollandiyada yaşayan başqa bir azərbaycanlı jurnalist Fikrət Hüseynli bu barədə məlumat verərək deyib ki, A.Kazımzadə saxlansa da, hələlik məhkəmə qarşısına çıxarılmayıb, həbs qərarı çıxarılmayıb. F.Hüseynli olay haqda da məlumat verib:Bizimyol.az

“Avqustun 20-də Deggendorfda bir afrikalı bir azərbaycanlı xanımla tanış olmaq istəyib. Azərbaycanlılar da buna adekvat olaraq, afrikalılara “yerlərini göstərmək” istəyiblər. Azər aranı sakitləşdirməyə çalışıb. Polis əraziyə müdaxilə edib. Həm azərbaycanlılar, həm alman polisi, həm də afrikalılar tərəfdən xəsarət alanlar olub. İndi də istintaq gedir”.

Paylaş
Xəbər lentİ