Tramp Misir prezidentinə sataşdı – Hanı mənim sevimli diktatorum?

Oxunma sayı: 554
14-09-2019, 08:01

Tramp Misir prezidentinə sataşdı – Hanı mənim sevimli diktatorum?
ABŞ prezidenti Donald Tramp avqustda Fransanın Biarrits şəhərində keçirilən G7 sammitində Misir lideri Əbdül Fəttah əs-Sisini özünün "sevimli diktator"u adlandırıb.

TASS-ın məlumatına əsasən, bu barədə cümə günü "The Wall Street Journal" yazır.

Qəzetin məlumatına görə, Tramp Amerika və Misir məmurlarının yanında ucadan: “Hanı mənim sevimli diktatorum?”- deyə soruşub.


Həmin vaxt zalda olmuş bir neçə nəfər nəşrə Trampın bu sualını eşitdiklərini təsdiqləyiblər. Onlar, həmçinin ABŞ prezidentinin sözü zarafatcıl tərzdə atdığını qeyd ediblər.

Misir prezidentinin Trampın replikasını eşidib-eşitmədiyi məlum deyil.

Ağ Ev bu məsələ ilə bağlı nəşrə şərh verməkdən imtina edib. "The Wall Street Journal" həmçinin Misir məmurlarından da şərh ala bilməyib.

Qeyd edək ki, “Böyük Yeddili”yin görüşü Biarritsdə avqustun 24-dən 26-dək keçirilib.

Paylaş
Xəbər lentİ