Kərbəla qana boyandı: 13 ölü, 865 yaralı

Oxunma sayı: 492
29-10-2019, 12:23

Kərbəla qana boyandı: 13 ölü, 865 yaralı
İraq təhlükəsizlik qüvvələri Kərbəla şəhərində oturaq aksiyanı dağıdıb.

Arasdırma.info xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.

Məlumata görə, aksiyanın dağıdılması zamanı ən azı 13 nəfər həlak olub, 865 nəfər yaralanıb. Etirazçılara qarşı odlu silahdan istifadə edildiyi bildirilib.

Ölü və yaralıların sayının artması istisna edilmir.

Hələlik məlumatı rəsmi mənbələr təsdiq etməyib.

Qeyd edək ki, İraqda etiraz aksiyaları 1 oktyabrdan başlayıb. Təhlükəsizlik qüvvələri aksiyalara sərt reaksiya göstəriblər. “Mavazin nyus” portalı İraq İnsan Haqları Ali Komissiyasına istinadən, toqquşmalar nəticəsində 82 nəfərin həlak olduğunu bildirib. Bəzi mənbələr isə ölənlərin sayının 157, yaralıların isə 3500 nəfər olduğunu açıqlayıb.

Paylaş
Xəbər lentİ