Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı

Oxunma sayı: 460
18-11-2019, 05:39

Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
Gürcüstanda 20 müxalifət partiyasının iştirakı ilə genişmiqyaslı etiraz aksiyası başlayıb.

Arasdırma.info xəbər verir ki, mitinq iştirakçıları parlament binasının qarşısına toplaşmağa başlayıblar. Parlamentin qarşısında çoxlu sayda polis dəstələri yerləşdirilib.

Aksiyaya daha çox qərbyönlü partiyalar qatılıb. Millətçilər və rusiyayönlü partiyalar isə öz mitinqlərini 17:00-da Respublika meydanında keçirəcək.

***

Gürcüstan müxalifəti mitinq zamanı hökumətin istefası tələbi ilə çıxış edib.

Müxalifət, həmçinin, erkən parlament seçkilərinin keçirilməsini və iyun mitinqi zamanı həbs olunanların azad edilməsi tələbini də irəli sürüb.

Müxalifətin tələblərini Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze səsləndirib.

***

Mitinq iştirakçıları Gürcüstan paramentinin binasını tamamilə mühasirəyə alıb.

Etirazçılar parlamentin giriş-çıxışında çadırlar qurmağa başlayıb.

***

Gürcüstan Daxili İşlər Nazirliyi aksiyada 5500 nəfərə yaxın insanın iştirak etdiyini açıqlayıb.

"Kiçik qarşıdurmalar olsa da, aksiya dinc şəraitdə keçir”, - deyə bildirilib.

***

Tiflisdə etirazçılar Gürcüstan parlamenti ətrafında qum və daşlarla dolu kisələrdən barrikadalar qurublar.

Aksiya iştirakçıları və müxalifət liderləri gecə ərzində parlament ətrafında qalacaqlarını bildiriblər. Etirazçılar dəmir çəlləklərdə ocaq qalayıblar.

Paylaş
Xəbər lentİ