SENSASİYA: 17 min erməni "yoxa çıxdı" - İşğalçı ölkənin mövcudluğu sual altında

Oxunma sayı: 465
26-11-2019, 11:59

SENSASİYA: 17 min erməni "yoxa çıxdı" - İşğalçı ölkənin mövcudluğu sual altında
2019-cu ilin yanvar-sentyabr aylarında 285 min əcnəbiyə Rusiya vətəndaşlığı verilib. Onlardan 17 mini Ermənistan vətəndaşıdır.

Arasdırma.info xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiya vətəndaşlığı alanlar arasında ukraynalılar ilk pillədə qərarlaşıb (146) min. Qazaxıstan ikinci (35 min), Tacikistan üçüncü (30 min), Ermənistan isə dördüncü (17 min) yerdədir.

Ukraynalıların siyahıya liderlik etməsinin Kiyev-Moskva arasındakı münaqişədən qaynaqlandığı hesab olunub. Rusiya siyasi baxımdan ukraynalılara üstünlük verir. Qazaxıstanda rus əsilli vətəndaşların çox yaşadığını nəzərə alsaq, bunu, rusların “öz evlərinə qayıdışı” olaraq qəbul etmək mümkündür. Tacikistanda sosial-iqtisadi vəziyyət taciklərin Rusiyaya axınına zəmin yaradır. Burada əsas məqam Ermənistandır.
SENSASİYA: 17 min erməni "yoxa çıxdı" - İşğalçı ölkənin mövcudluğu sual altında
İnqilab edən və demək olar ki, baş nazir Nikol Paşinyanın hər gün inkişafdan danışdığı Ermənistanda vətəndaşlar niyə qaçır və başqa ölkələrin vətəndaşlığını almağa çalışırlar.

Proqnozlara görə, qarşıdakı üç il ərzində Rusiya iqtisadiyyatını durğunluq gözləyir. İtaliyanın “UniCredit” bankının hesablamalarına görə, 2019-2020-2021-ci illərdə Rusiyanın iqtisadi artımı 1,4 faiz olacaq. Bu, ölkədə iş yerlərinin və gəlirin azalması ilə nəticələnə bilər. Buna baxmayaraq, digər ölkələrin – Ukrayna, Qazaxıstan, Tacikistan, Ermənistan – vətəndaşlarının Rusiya vətəndaşlığını almağa can atması suallar doğurur.

Üç ölkənin – Ukrayna, Qazaxıstan və Tacikistanın siyahıya rəhbərlik etməsinin səbəbi məlumdur. Bəs, Ermənistanın 14 min vətəndaşı niyə öz kimliklərini cıraraq, Rusiya vətəndaşı oldular? Demokratiya və insan haqlarının “qorunduğu” deyilən, hakimiyyətin “iqtisadi artım”dan danışdığı ölkənin vətəndaşlarını buna nə məcbur edir?

İnsan haqlarının qorunmasının fundamental prinsiplərindən biri sosial müdafiədir. Bu gün işğalçı ölkənin ən böyük problemi məhz budur: dağılmış iqtisadiyyat, kosmetik inkişaf və acların qaçışı.Erməni şərhçi Karen Ambartsum yazır ki, ermənilərin ölkədən qaçması Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına qoyub.
SENSASİYA: 17 min erməni "yoxa çıxdı" - İşğalçı ölkənin mövcudluğu sual altında
“Ermənilər inqilabın olduğu və demokratikləşdiyi hesab olunan Ermənistandan ABŞ və Avropanın sanksiyaları altındakı Rusiyaya həmişəlik köçürlər. Hətta Rusiya pasportu almaq üçün ermənilərin arasında aşkar mübarizə gedir. O zaman sual yaranır, Ermənistanda demokratiyanın hansı faydası var? Ümumiyyətlə, real demokratiya varmı? Qanunun aliliyi təmin edilibmi? Sosial lift işləyirmi, zəhmətkeşlər, savadlı və dürüstlər üçün perspektiv mövcuddurmu? Təəssüf ki, xeyr. Ümidlərimiz böyük idi, lakin biz heç nə əldə edə bilmədik. Rusiyaya birdəfəlik köçən ermənilərin sayı Ermənistanda “məxməri inqilabın” hökmünü verir. Bütün bunlar, Ermənistanın bir dövlət kimi sonunu yaxınlaşdırır”, - erməni şərhçi qeyd edir.

Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsinin bu günlərdə Ermənistanın ictimai-iqtisadi vəziyyəti ilə bağlı yayımladığı məruzə isə işğalçı ölkəni məhv olmaq perspektivi gözlədiyini təsdiqləyir.

Məruzədə deyilir ki, yalnız Rusiyanın və diasporun maliyyə hesabına yaşayan Ermənistanda hər il minlərlə insan ölkəni tərk edir.
SENSASİYA: 17 min erməni "yoxa çıxdı" - İşğalçı ölkənin mövcudluğu sual altında
SENSASİYA: 17 min erməni "yoxa çıxdı" - İşğalçı ölkənin mövcudluğu sual altında
“1991-ci ildə 1 milyon 800 min insan Ermənistanı həmişəlik tərk etdi. Sonrakı üç ildə Qarabağda müharibə gedirdi və bunun nəticəsində 497,5 min vətəndaş emiqrasiya etdi. Bu rəqəmlərin nədən ibarət olduğunu anlamaq əhəmiyyətlidir: bütün azərbaycanlılar Ermənistandan qovuldu, yaxud təqiblərdən yaxa qurtarmaq üçün qaçdılar. Bununla yanaşı, digər xalqların nümayəndələri də, həmçinin ruslar və yəhudilər də ölkəni tərk etdilər. Nəticədə bu gün respublikanın 96 faiz əhalisi ermənilərdən ibarətdir”, - məruzədə qeyd olunu

Paylaş
Xəbər lentİ