Dəyəri MİLYARD dollara yaxın olan narkotik maddə aşkar edildi - Avstraliyada şok

Oxunma sayı: 414
6-12-2019, 16:14

Dəyəri MİLYARD dollara yaxın olan narkotik maddə aşkar edildi - Avstraliyada şok
Avstraliya polisi ölkə tarixində rekord məbləğdə - 820 milyon dollarlıq metamfetamin aşkar edib.

Arasdırma.info Cahantv.az-a istinadən xəbər verir ki, narkotik maddə Tailanda gətirilən stereodinamiklərin daxilində gizlədilib.

Polisin açıqlamasına görə, müsadirə edilən narkotik vasitə 1596 kiloqram çəkiyə malikdir.

Saxlanılan üç nəfər narkotacirə ömürlük həbs cəzası verilməsi nəzərdə tutulur.

Paylaş
Xəbər lentİ