Son dəqiqə: Səfir deportasiya olunur - Yunanıstandan əks-həmlə

Oxunma sayı: 420
6-12-2019, 16:22

Son dəqiqə: Səfir deportasiya olunur - Yunanıstandan əks-həmlə
Yunanıstan Türkiyə ilə saziş imzalayan Liviya səfirinin deportasiya edilməsi barədə qərar verib.

Arasdırma.info xəbər verir ki, Türkiyə ilə Liviya Milli Barış hökuməti arasında Şərqi Aralıq dənizi ilə bağlı əldə edilən anlaşma memorandumuna etiraz edən Yunanıstan Liviyanın Afinadakı səfiri Məhəmməd Yunus Mənfiyə ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias deportasiya qərarının iki ölkənin əlaqələrini kəsməyəcəyini söyləyib.

Xatırladaq ki, Aralıq dənizində güc balansı Türkiyənin xeyrinə dəyişib, Daxili İşlər Nazirliyi Şərqi Aralıq dənizindəki kontinental şelf və xüsusi iqtisadi zona sərhədlərini göstərən xəritəni Tvitterdə paylaşmışdı.Teleqraf.com

Paylaş
Xəbər lentİ