Azərbaycanlı milyonçunun mülkləri hərraca çıxarılır: evlər, mənzillər, torpaq sahələri

Oxunma sayı: 388
13-12-2019, 20:28

Azərbaycanlı milyonçunun mülkləri hərraca çıxarılır: evlər, mənzillər, torpaq sahələri
Azərbaycanlı milyonçu Telman İsmayılovun mülkləri hərraca çıxarılacaq.

Arasdırma.info xəbər verir ki,Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, ümumilikdə onun 4 mülkü hərraca çıxarılacaq və onların ümumi dəyəri 400 milyon rubl (təxminən 10 milyon 500 min manat ) civarındadı.

İsmayılovun mülkləri arasında onun Moskvanın mərkəzində, Kutuzov prospektindəki mənzili, Moskva vilayətinin Zareçye qəsəbəsindəki evi də var.

Bundan başqa, İsmayılova məxsus Moskva vilayətində yerləşən Aprelovka kəndində torpaq sahəsi, habelə Skolkovo kəndindəki digər torpaq sahələri də var.

Xatırladaq ki, hərrac barədə Moskva vilayətinin Arbitraj Məhkəməsi qərar verib

Paylaş
Xəbər lentİ