SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası, aralarında məşhurların da olduğu çox sayda ölü var - VİDEO (YENİLƏNDİ)

Oxunma sayı: 419
27-12-2019, 15:57

SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası, aralarında məşhurların da olduğu çox sayda ölü var - VİDEO (YENİLƏNDİ)
Qazaxıstanın "Bek Air" şirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsinin Alma Ata şəhərində qəzaya uğraması nəticəsində zərər çəkənlərin sayı artıb.

Publika.az xəbər verir ki, qəza nəticəsində 66 nəfərin yaralandığı məlum olub.

Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi qəzanın səbəbi açıqlanana qədər “Bek Air” şirkətinin fəaliyyətinin dayandırıldığını açıqlayıb. Mülki Aviasiya Komitəsi isə qəzanın səbəbi bəlli olana qədər “Fokker 100” tipli təyyarələrin uçuşlarının dayandırıldığını bildirib.

***

15:28

Qazaxıstanda qəzaya uğrayan sərnişin təyyarəsində ölənlərdən bəzilərinin şəxsiyyəti məlum olub.

Publika.az xəbər verir ki, onlar arasında “Informburo.kz” xəbər agentliyinin redaktoru Dana Kruqlova və Qazaxıstan Generallar Şurasının sədri Rustem Kaydarov da var.

Qazaxıstanın baş nazir müavini Roman Sklyar qəza ilə bağlı açıqlamasında bildirib ki, təyyarənin qara qutusu aşkar edilib. Onun üzərində analiz aparılır.

Qeyd edək ki, qəzaya uğrayan təyyarə “Bek Air” aviaşirkətinə məxsusdur. 1996-cı ildə istehsal olunan təyyarə 2016-cı ilin avqustunda qeydiyyata alınıb.

Xatırladaq ki, qəza zamanı təyyarədə 95 sərnişin və 5 heyət üzvü olub.

***

07:59

Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, layner Alma Ata hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq yerə çırpılıb. Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib. Yaralılar var. Bildirilir ki, təyyarə qəzaya uğrayandan sonra bir neçə metr sürüklənib və 2 mərtəbəli tikiliyə çırpılaraq dayanıb. Alma Ata-Nur-Sultan marşrutu üzrə uçan təyyarə "Bek Air" şirkətinə məxsus olub.

Hadisə zamanı göyərtədə 95 sərnişinin və 5 heyət üzvünün olduğu bildirilir. Hadisəylə bağlı xüsusi komissiya yaradılıb. Qəzanın səbəbləri araşdırılır.

Paylaş
Xəbər lentİ