Jirinovskidən ŞOK PROQNOZ: ABŞ daha bir həmlə edəcək, Rusiya ordusu İrana gedəcək və...

Oxunma sayı: 386
5-01-2020, 15:45

Jirinovskidən ŞOK PROQNOZ: ABŞ daha bir həmlə edəcək, Rusiya ordusu İrana gedəcək və...
“İran indi Rusiyadan kömək istəyə bilər. Biz isə bu ölkədə Hind okeanının sahilində sürətli şəkildə hərbi dəniz, hava və quru qüvvələri bazası qura bilərik”.

Arasdırma.info xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokratlar Partiyasının (LDPR) lideri Vladimir Jirinovski “Telegram” hesabında yazıb.



Partiya lideri İrana Liviya ssenarisinin təkrarlanmasının qarşısını almaq üçün orada Rusiyaya aid hərbi bazaların qurulmasını düşünməsini təklif edib: “İranlı general Süleymani niyə öldürüldü? İraq və İrandaçkı şiələr arasında nifaq toxumları əkmək və beynəlxalq ictimaiyyəti gələcəkdə İrana qarşı təşkil olunacaq hücumlara hazırlamaq üçün. Bu ölkəni parçalamaq planı 10 ildir ki, hazırdır və tutarlı şəkildə tətbiq edilir. İranlı generalın öldürülməsi Yaxın Şərqdəki gərginliyi artırdı. Şiə qüvvələrinin və ümumi olaraq, müsəlman və anti-Amerika qüvvələrinin dirənişini qarışdırdı. ABŞ bu şəkildə 1979-cu ildə SSRİ- ordusunun Əfqanıstana girməsindən sonra olduğu kimi Rusiyanın müsəlman dünyası ilə qarşı-qarşıya gətirmək istəyir".

Jirinovski bildirib ki, ABŞ müasir Rusiya və Çinə hücum etməklə Yaxın Şərqdəki yanğının qonşu ölkələrə sıçramasını təmin etmək üçün daha bir həmləyə ehtiyac duyur: "Bütün bunlar nüvə silahlarının da istifadə olunacağı savaşa yol açacaq. Amma biz bunun qarşısını ala bilərik. Məsələn, İran indi Rusiyadan yardım istəyə bilər. Biz isə bu ölkədə Hind okeanının sahilində sürətli şəkildə hərbi dəniz, hava və quru qüvvələri bazası qura bilərik. Əlavə olaraq, İran öz hava məkanını qorumaq üçün təcili müasir sistemlər də tələb edə bilər. Bunu etməyi bacarsalar, İran yaşayacaq. Əks təqdirdə, Liviyanın taleyini yaşayacaq”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının komandanı Qasım Süleymaninin Bağdad hava limanında ABŞ qüvvələri tərəfindən öldürülüb.Publika.az

Paylaş
Xəbər lentİ