SON DƏQİQƏ: İranda DƏHŞƏT - Çox sayda ölü, yüzlərlə yaralı var (YENİLƏNDİ)

Oxunma sayı: 419
8-01-2020, 02:37

SON DƏQİQƏ: İranda DƏHŞƏT - Çox sayda ölü, yüzlərlə yaralı var (YENİLƏNDİ)
BBC-nin məlumatına görə, Kirman şəhərində keçirilən general Qasım Süleymaninin cənazə mərasimi zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 65-i ötüb.

***

19:39

İran dövlət televiziyasının məlumatına görə, izdiham nəticəsində ölənlərin sayı 50-ni ötüb. 200-dən çox yaralı var. Qeyd edək ki, izdihama görə generalın dəfni təxirə salınsa da, bu dəqiqələrdə dəfn prosesi yenidən başlayıb.

***

15:51

İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd ölənlərin və yaralananların sayının artdığını deyib.

Arasdırma.info İran mediasına istinadən verdiyi xəbərə görə, o, 40 nəfər öldüyünü, 213 nəfər isə yaralandığını bildirib.

***

13:53

İranın Kirman şəhərində keçirilən general Qasım Süleymaninin cənazə mərasimində izdiham yaşanıb.
Arasdırma.info Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 35 nəfər həyatını itirib, 50-yə qədər yaralı var. İran dövlət televiziyasının məlumatına görə, izdiham olduğunda təcili yardım briqadaları əraziyə yaxınlaşmaqda çətinlik çəkir. Buna görə də tələfatın artacağı istisna edilmir.

Xatırladaq ki, İran İslam İnqilabi Keşikçiləri korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ ordusunun hücumu nəticəsində öldürülüb.Publika.az

Paylaş
Xəbər lentİ