Hökumətdən ŞOK QƏRAR: 10 min dəvə GÜLLƏLƏNƏCƏK

Oxunma sayı: 503
8-01-2020, 03:12

Hökumətdən ŞOK QƏRAR: 10 min dəvə GÜLLƏLƏNƏCƏK
Avstraliyada 10 mindən çox dəvə öldürüləcək.
Arasdırma.info BBC-yə istinadən xəbər verir ki, məqsəd su ehtiyatına qənaət etməkdir. Məlumata görə, dəvələrin çox su içməsi bölgədə qıtlıq yaradır. Bu üzdən hökumət belə radikal qərar qəbul etmək məcburiyyətində qalıb. Məlumata görə, dəvələrin yeri helikopterlər vasitəsiylə müəyyən edilərək, silahlarla vurulacaq.

Həmçinin peşəkar ovçuların da prosesə cəlb edilməsi nəzərdə tutulur. Avstraliyada son illər dəvələrin sayının sürətlə artdığı və nəticədə nəhəng canlıların fəsadlar törətdiyi deyilir.

Qeyd edək ki, Avstraliyada ümumilikdə 1,2 milyon dəvə var. Bundan əvvəl, hökumət fəsadlar törətdiyinə görə, 2020-ci ilin sonuna qədər 2 milyon vəhşi pişiyi öldürəcəyini vəd edib.
Publika.az

Paylaş
Xəbər lentİ