Bu ölkədə təyyarə qəzaya uğradı - Onlarla sərnişin...

Oxunma sayı: 398
10-01-2020, 01:01

 Bu ölkədə təyyarə qəzaya uğradı - Onlarla sərnişin...
Konqo Demokratik Respublikasının Qoma hava limanında hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Arasdırma.info xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasına məxsus təyyarə təcili eniş zamanı zolaqdan çıxaraq, gövdəsi üzərində yerə çırpılıb. Zərbənin təsirindən laynerdə güclü yanğın başlayıb. Xilasedicilər son anda bütün sərnişinləri və heyət üzvlərini təxliyə edə biliblər.

Hadisə zamanı göyərtədə 59 sərnişin və 8 heyət üzvü olub. Bəzi sərnişinlərin xəsarət aldığı deyilir. Hadisənin səbəbləri araşdırılır.

Paylaş
Xəbər lentİ