Ermənistan və Ukrayna arasında gərginlik: “Bu, Paşinyanın növbəti təxribatıdır”

Oxunma sayı: 436
10-01-2020, 16:39

Ermənistan və Ukrayna arasında gərginlik: “Bu, Paşinyanın növbəti təxribatıdır”
“Ermənistan hakimiyyəti Rusiyanın ilhaqı altındakı Krıma İrəvandan təyyarə reyslərinə icazə verməklə seçimini etdi, belə olan halda Ukrayna da seçimini gecikdirməməlidir”.

Arasdırma.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycana səfər etməklə Kiyevin seçimində kimə üstünlük verdiyini göstərdi:

“Ancaq Krım-İrəvan təyyarə reysinin açılması o deməkdir ki, Ermənistan Krımı rəsmən Rusiya ərazisi sayır və Ukraynanın ərazi bütövlüyünü tanımır. Ermənistan təmsilçiləri bundan əvvəl də beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünə dəstək verən qətnamələrə səs vermirdilər.

Bu arada, biz də diqqətli olmalıyıq, Krım mallararını gizli yollara Azərbaycana daşımağa çalışan güclərin növbəti təxribatlarının qarşısı da əvvəlkilər kimi alınmalıdır”.

Paylaş
Xəbər lentİ