Dubay aeroportu su altında qaldı

Oxunma sayı: 399
13-01-2020, 04:53

Dubay aeroportu su altında qaldı
Dubayın Beynəlxalq hava limanında güclü yağışlar ucbatından uçuş-enmə zolağını su basıb.

“Gulf News” xəbər verir ki, hava limanının administrasiyası 22 reysin təxirə salındığını bildirib.

Aeroporta gedən yollarda böyük tıxaclar yaranıb. Dubay rəhbərliyi sərnişinlərə vaxtından əvvəl hava limanına gəlib reysı haqqında məlumat əldə etməyə çağırıb.

Uçuş-enmə zolağını su basdığına görə, təyyarələrin əksəriyyəti qonşu Əl-Maktum hava limanında enməyə məcbur olublar.

Dubay hava limanı BƏƏ-nin və bütün Fars körfəzi regionunun ən iri aeroportu sayılır. O ildə 80 milyon sərnişin və 2 milyon ton yük qəbul etmək iqtidarındadır.

Paylaş
Xəbər lentİ