Avropanın 3 nəhəngi İranla bağlı bəyanat yaydı

Oxunma sayı: 365
13-01-2020, 05:03

Avropanın 3 nəhəngi İranla bağlı bəyanat yaydı
İranın 2019-cu ilin iyulundan bəri atdığı addımlar ciddi narahatlıq doğurur.

Arasdırma.info xəbər verir ki, bu sözlər İngiltərə, Almaniya və Fransa liderlərinin yaydığı birgə bəyanatdandır.

"İran bölgədə sabitliyi pozmağa davam edir. Biz nüvə razılaşmasına sadiq olduğumuzu bir daha bəyan edirik. İran da bu razılaşmadakı öhdəliklərini yerinə yetirməlidir", - bəyanatda bildirib.

Tərəflər İranın Ukrayna təyyarəsini vurması məsələsinin araşdırılmasında birgə işləməyə hazır olduqlarını vurğulayıblar.

Paylaş
Xəbər lentİ