Saakaşvili özünü lənətlədi - Gürcüstanın Avropa ilə vizasız rejimə keçdiyinə görə

Oxunma sayı: 442
13-01-2020, 17:39

Saakaşvili özünü lənətlədi - Gürcüstanın Avropa ilə vizasız rejimə keçdiyinə görə
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinin Avropa İttifaqı ölkələri ilə vizasız rejimini təklif edənlərdən biri olduğunu, lakin bu təklifin özünü doğrultmadığını bildirib.

Bu barədə Ukraina.ru xəbər yayıb.

Keçmiş dövlət başçısı vaxtilə Polşa və İsveç Xarici İşlər nazirləri ilə birgə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının təməlini qoyduğunu xatırladıb və özünü tənbeh edib: “Vizasız rejimi, Avropaya qovuşma fikrini biz təqdim etmişdik. Lakin indi vətəndaşlarımızın iş dalınca Avropaya getdiyi üçün özümü lənətləyirəm”.

M.Saakaşvili onu da bəyan edib ki, Gürcüstana dönüb vəziyyəti yoluna qoyacaq.

Paylaş
Xəbər lentİ