Türkiyədə daha bir güclü zəlzələ: 29 ölən, 1466 yaralı var...

Oxunma sayı: 401
25-01-2020, 18:01

Türkiyədə daha bir güclü zəlzələ: 29 ölən, 1466 yaralı var...
Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 772 (Malatya - 221, Elazığ - 551) nəfər xəsarət alıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.

***

Elazığ və Malatya şəhərlərində ölənlərin sayı 20-yə, yaralananların sayı isə 1015-ə çatıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.

Daha sonra isə Elazığda 5,4 bal və 5,1 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Zəlzələ Türkiyənin bir çox şəhərlərində və İraqın şimalında da hiss edilib.

***

Bu dəqiqələrdə Türkiyənin Elazığ şəhərində 4.3 bal gücündə daha bir zəlzələ olub.

***

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı son məlumata əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 21-ə, yaralıların sayı isə 1030-a çatıb.

***

Rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub, 1031 nəfər yaralanıb.

***

Türkiyənin Elazığ şəhərində 5.1 bal gücündə növbəti afterşok qeydə alınıb.

Bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Afterşokların yerli saatla 19:30-da, yerin 7.2 km dərinliyində qeydə alındığı bildirilib.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, yaralıların sayı isə 1466 nəfərə çatıb.

Paylaş
Xəbər lentİ