Kobe ilə birlikdə qızı da ölüb - Fotolar

Oxunma sayı: 457
27-01-2020, 18:05

Kobe ilə birlikdə qızı da ölüb - Fotolar
Ötən gün dünyaca məşhur amerikalı basketbolçu Kobe Brayantın ölüm xəbərini təsdiqini tapandan sonra onun yanında qızının da həlak olduğu bildirilib.

Axşam.az xəbər verir ki, məşhur media portalları helikopter qəzasında ölənlərin sayının 9 nəfər olduğunu açıqlayıb. Məlum olub ki, Kobenin yanındakı 13 yaşlı qızı Cianna Mariya imiş.

Beynəlxalq Hava Nəqliyyatı Birliyi “Sikorsky S-76” tipöli helikopterin hansı səbəbdən qəzaya düşdüyünün hələki bilinmədiyi barədə məlumat yayıb.

Həmçinin, qəza zamanı helikopterdə olan “Orange Coast College” beyzbol komandasının məşqçisi Con Altobelli, həyat yoldaşı Keri Altobelli, qızı Alisa Altobelli, eyni zamanda asistenti Kristina Mauser də ölüb.

Qeyd edək ki, helikopter Kaliforniya əyalətinin Kalabas bölgəsində qəzaya uğrayıb.
Kobe ilə birlikdə qızı da ölüb - Fotolar
Kobe ilə birlikdə qızı da ölüb - Fotolar
Kobe ilə birlikdə qızı da ölüb - Fotolar
Kobe ilə birlikdə qızı da ölüb - Fotolar

Paylaş
Xəbər lentİ