SON DƏQİQƏ: Trampın iqamətgahına hücum edildi - Onlarla xüsusi təyinatlı əraziyə yeridilir

Oxunma sayı: 381
31-01-2020, 19:36

SON DƏQİQƏ: Trampın iqamətgahına hücum edildi - Onlarla xüsusi təyinatlı əraziyə yeridilir
ABŞ prezidenti Donald Trampın Floridada yerləşən “Mar-A-Lago” iqamətgahına naməlum şəxslər soxulmağa cəhd edib.

Arasdırma.info CNN-ə istinadən xəbər verir ki, məlumata görə, iki şübhəli xəbərdarlıqlara baxmayaraq, avtomobillə təhlükəsizlik-yoxlama məntəqələrini keçərək, iqamətgahın qapısına yaxınlaşıb. Nəticədə təhlükəsizlik əməkdaşları onların qarşısını almaq üçün atəş açıb. Şübhəlilər aradan çıxmağa müvəffəq olsa da, xüsusi təyinatlıların təqibi nəticəsində onlar saxlanılıb. Şübhəlilərin kimliyi açıqlanmır.

Qeyd edək ki, Tramp və həyat yoldaşı Melania Trampın yaxın saatlarda həmin iqamətgaha gələcəyi planlaşdırılıb. Polis bildirib ki, hadisəyə görə proqram dəyişdirilməyəcək. Olaydan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisənin səbəbləri araşdırılır.Publika.az

Paylaş
Xəbər lentİ