"Onu ilk dəfə lüt görəndə yazığım gəldi, sevişdik" - Tanınmış aktrisa - FOTO

Oxunma sayı: 566
1-02-2020, 12:52

"Onu ilk dəfə lüt görəndə yazığım gəldi, sevişdik" - Tanınmış aktrisa - FOTO
34 yaşlı aktrisa Cessika Menn məhkəmə ifadəsiy iə sensasiya yaradıb. Milli.Az Mirror-a istinadla xəbər verir ki, keçmiş aktrisa Cessika Mann təcavüz iddiaları ilə bağlı Manhattan Ali məhkəməsinə çağırılıb. O, məşhur prodüser Harvi Vaynşteynin əleyhinə ifadə verib. "Birinci dəfə onu çılpaq görəndə düşündüm ki, bədəni deformasiyaya uğrayıb və interseksdir (həm kişi, həm də qadın cinsiyyət xüsusiyyətlərinə malik sahib olan insanlar). Bədənində yanıq izləri var idi. Onun cinsiyyət üzvü yox idi və sanki qadın cinsiyyət orqanına sahibmiş kimi görünürdü", - deyə aktrisa məhkəmədə söyləyib. Page Six yazır ki, aktrisa seksual təcrübəsinin az olduğuna görə prodüserlə qəribə intim münasibət yaşadığını etiraf edib. "Onu ilk dəfə çılpaq görəndə yazığım gəldi, məhrəmət göstərdim, sevişdik. Düşünürəm ki, onun bu aqressiyası elə bu utanclığından irəli gəlir", - deyə aktrisa fikrini tamamlayıb. Qeyd edək ki, Vaynşteyn 2017-ci ilin oktyabr ayında 70-dən artıq qadını zorladığını və onlara qarşı seksual xarakterli hərəkət etdiyini etiraf edib. Onlar arasında Ancelina Coli, Salma Xayek, Kara Delevin, Qvinet Peltrou, Lea Seydi kimi məhşur ulduzlar var. O, 2018-ci ilin mayın 25-də etdiyi hərəkətlərini etiraf edərək Nyu-York polisinə təslim olub, lakin milyon dollar həcmində girovla azadlığa çıxıb.

Paylaş
Xəbər lentİ