Ərdoğanın müşaviri qar altında qaldı, 38 nəfər öldü - Şok

Oxunma sayı: 373
6-02-2020, 02:47

Ərdoğanın müşaviri qar altında qaldı, 38 nəfər öldü - Şok
Türkiyənin Van şəhəri yaxlınlığında qar uçqunu baş verib.

Axar.az xəbər verir ki, Van-Baxçasaray yolunun 33-cü kilometrliyində hərəkət edən mikroavtobusun üzərinə düşən uçqun nəticəsində 2 nəfər itkin düşüb.

İki nəfərin axtarışlarının davam etdiyi bir vaxtda ərazidə ikinci uçqun baş verib.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hələlik ümumilikdə 8 nəfərin həlak olduğunu, 30-dan şəxsin xilas edildiyini deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orxan yaralı vəziyyətdə xilas edilib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van şöbəsinin rəhbəri Osman Uçağın da uçqun altında qaldığı bildirilir.

***

Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

Van valisi Məhməd Əmin Bilməz jurnalistlərə açıqlamasında uçqun nəticəsində 23 nəfərin həlak olduğunu deyib.

Ölənlərin 8-i hərbçidir.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölənlərinin sayının arta biləcəyini deyib.

***

Türkiyədə qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

***

Üçüncü qar uçqunu təhlükəsi ilə axtarış-xilasetmə işləri dayandırılıb. Bölgədə güclü qar və tufan hökm sürür.

Daxili İşlər naziri Süleyman Soylu faciə ilə bağlı açıqlamasında bildirib ki, axtarış-xilasetmə işlərinin başlaması üçün fevralın 6-da bölgədəki hava durumuna uyğun olaraq qərar qəbul ediləcək.

Paylaş
Xəbər lentİ